Məhərrəm Əhədovun istintaqı başa çatdı

KRİMİNAL 23 avq 2022, 12:08
"MİR" avtosalonun sahibi Məhərrəm Əhədovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
 
Demokrat.az verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

İş araşdırılması üçün hakim Telman Hüseynovun icraatına verilib. 

Yaxın günlərdə məhkəmə başlanacaq. 

İstintaq orqanı tərəfindən M.Əhədovun Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə (külli miqdarda ziyan vurmaqla dələduzluq) ittiham elan edilib. 

M.Əhmədov 4 nəfərə qarşı dələduzluq etməkdə təqsirli bilinir.

Bunlar – Orxan Sadıxov, Samiq Babayev, Rəsul Əliyev və Cavid Mirqiyasovdur. 

Xatırladaq ki, ötən ilin may ayında Məhərrəm Əhədovun oğlu 1995-ci il təvəllüdlü Mirvəfayıl Əhədzadə yaşadığı binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib. Mirvəfayılın da özünü külli miqdarda borca görə öldürdüyü deyilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top