İsmayıllıya arı “hücum”u: Turlar təxirə salınır

SOSİAL 22 avq 2022, 17:23
İsmayıllı rayonunda arıların çoxluğu səbəbindən turistlər rayona getməkdən imtina edirlər.

Bu barədə Pravda.az-a daxil olan şikayətdə bildirilib ki, İsmayıllıda yerləşən turistik məkanlarda arılar insanlara “hücum” çəkir.
 
Məlumatda bildirilib ki, çox sayda turisti arı sancıb. Bu səbəbdən rayona təşkil edilən turlar təxirə salınır, bu isə turizmə mənfi təsir edir.

İsmayıllı rayon icra başçısının müavini Sevil Əhmədova saytımıza açıqlamasında bildirib ki, məsələ araşdırılacaq:

“İsmayıllının Qalacıq ərazisində “Ballı bağ” deyilən yer var. Orada arı saxlanılır. İnsanlar da gedib “Ballı bağ”da təbii baldan istifadə edir, çay içirlər. Həmin ərazidə arı olduğu doğrudur. Digər istirahət mərkəzlərinin heç birindən belə məlumat daxil olmayıb. Qaynar xəttimiz də var, gündəlik əlaqə saxlanılır, qonaqlar da gəlir. Hər bir halda istirahət mərkəzləri ilə əlaqə yaradıb daha ətraflı məlumat öyrənəcəyik”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top