Kəmalə Əlisgəndər qızı İTV-dəki işindən ayrıldı

MEDİA 22 avq 2022, 13:50
Tanınmış aparıcı, jurnalist Kəmalə Əlisgəndər qızı İTV-dəki işindən ayrılıb.

Demokrat.az xəbər verir ki, o, 2018-ci ildən İTV-nin “Xəbərlər” departamentinin direktor müavini vəzifəsində fəaliyyət göstərib. 2018-2019-cu illərdə “Ana xəbər” buraxılışının aparıcısı kimi efirə çıxıb.

K.Əlisgəndər qızı 1995-2005-ci illərdə AzTV-də aparıcı, redaktor, müxbir, 2005-2016-ci illərdə ANS-də “Şirin çay”, “İç xəbər”, “Xəbərçi” layihələrində aparıcı, rəhbər, redaktor, müxbir, 2016-2017-ci illərdə “İnterAz” televiziyasında xəbərlərin baş redaktoru vəzifələrində çalışıb. 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.

Xatırlatma: Bundan əvvəl də tanınmış aparıcılar Leyla Quliyeva, Alidə Fərhadqızı, Jalə Əliyeva İTV ilə yollarını ayırıblar.(pravda.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top