Rusiya İstintaq Komitəsindən Duginin qızının ölümü ilə bağlı açıqlama — Bu sifarişlidir...

DÜNYA 21 avq 2022, 15:18
Rusiya təhlükəsizlik qüvvələri rus ideoloqu və Prezident Vladimir Putinin məsləhətçisi Aleksandr Duqinin qızı Daria Duqinanın ölümünü araşdırır.

İstintaq hesab edir ki, Daria Duqinanın öldüyü cinayət hadisəsi əvvəlcədən planlaşdırılıb və sifarişlə hazırlanıb.

Demokrat.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin saytında məlumat verilib

Demokrat.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin saytında məlumat verilib

“Əldə edilmiş məlumatları nəzərə alaraq, istintaq cinayətin əvvəlcədən planlaşdırıldığını və sifarişli olduğunu hesab edir”, – məlumatda deyilir.

Qeyd olunur ki, hazırda Rusiya İstintaq Komitəsinin Məhkəmə Ekspertizası Baş İdarəsinin mütəxəssislərinin iştirakı ilə müstəntiqlər hadisə yerinə baxış keçirməyi davam etdirirlər. O cümlədən, partlayıcı maddə üzrə mütəxəssisin iştirakı ilə yanmış avtomobilə baxış keçirilib, sonradan avtomobil xüsusi dayanacağa təxliyə edilib.

İstintaq orqanlarının məlumatına görə, şənbə günü axşam Moskva vilayətinin Odintsovo rayonundakı Mojayskoye şossesində jurnalist və politoloq Daria Duqinanın idarə etdiyi avtomobil hərəkətdə olarkən yanıb. İlkin versiyaya görə, avtomobildə quraşdırılmış partlayıcı qurğu işə düşüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top