Bu ölkədə də meymunçiçəyi aşkarlandı

DÜNYA 20 avq 2022, 23:45
İndoneziyada meymunçiçəyi xəstəliyi qeydə alınıb.

Bu haqda İndoneziya Səhiyyə Nazirliyinin sözçüsü Məhəmməd Syahril açıqlama verib.

O, xarici səfərdən qayıdan paytaxt Cakartada yaşayan 27 yaşlı kişidə meymunçiçəyi xəstəliyinin aşkarlandığını təsdiqləyib.

Syahril, sözügedən şəxsin avqustun 16-da xəstəliyin əlamətlərini hiss etdiyini və iki gün sonra müayinə olunmaq üçün xəstəxanaya getdiyini deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top