Azərbaycan Gürcüstanın ən böyük ixracatçılarından biridir

BİZNES 20 avq 2022, 09:48
Azərbaycan Gürcüstanın ən böyük ixracatçıları arasında yer alıb.

Bu barədə ölkənin Milli Statistika Xidməti (“Sakstat”) məlumat yayıb.

2022-ci ilin yanvar-iyul aylarında Gürcüstanın ümumi ixrac həcmində 10 ən böyük ixracatçı ölkənin payı 79,6% təşkil edib.

İlk üç ixracatçı siyahısında Çin (475,6 milyon ABŞ dolları), Azərbaycan (351,5 milyon ABŞ dolları) və Rusiya (339,1 milyon ABŞ dolları) var.

“Sakstat”da qeyd edilir ki, yerli ixrac ümumi ixracın 71,8 faizini təşkil edib, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 34,1 faiz artaraq 2 225,9 milyon ABŞ dollarına çatıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top