Eynulla Fətullayevin Laçın və Zabuxdan VİDEOREPORTAJI

REGİON 19 avq 2022, 23:25
Xəbər verdiyimiz kimi, Haqqin.az saytının rəhbəri Eynulla Fətullayev Laçın dəhlizi və Zabux kəndinə yollanıb.

Demokrat.az
səfərlə bağlı görüntüləri təqdim edir.

Kadrlarda Laçında, Zabuxda, eləcə də Laçın dəhlizində baş verənlər öz əksini tapıb. Belə ki, hazırda Laçında qeyri-qanuni məskunlaşmış ermənilərin oranı tərk etməsi, eləcə də gedərkən özləri ilə evlərdən söküb apardıqları qapılar, dəmir parçaları da videoda əks olunub. Daha sonra çəkiliş heyəti Zabuxa yollanır. Burada infrastrukturun olduqca zəif olması, kənddə yoxsulluğun hökm sürməsi açıq şəkildə görünür. Kənd administrasiya adlandırılan yerdə Eynulla Fətullayevə Livan ermənisi Andranik Çavuşyan, eləcə də hərbi bloqer və İrəvandan olan yerli rejissor Arşak Zakaryan "tarix dərsləri" keçir. Hətta Andranik iddia edir ki, "ermənilər bizim eranın dördüncü əsrindən Zabuxda yaşayırlar!"

Qeyd edək ki, 10 noyabr üçtərəfli (Azərbaycan, Ermənistan və Rusiya) bəyanatına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus kəndlərində qeyri-qanuni məskunlaşmış ermənilər bu əraziləri boşaldır. Ermənilərin həmin əraziləri tərk etməsi üçün avqustun sonunadək vaxt verilib.






DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top