Rusiya ərazisində avqustun 30-dan sentyabrın 5-dək “Vostok-2022” hərbi təlimləri keçiriləcək. Qeyd olunub ki, təlimdə Çin, Hindistan, Belarus, Tacikistan, Monqolustan, Rusiya və digər ölkələrin hərbçiləri iştirak edəcəklər.
Məsələyə münasibət bildirən politoloq İlqar Vəlizadə Demokrat.az-a açıqlamasında bildirib ki, bu təlimin keçirilməsi bir qədər təəccüblü görünür. Ona görə ki, Hindistanla Çin münasibətləri çox yaxşı deyil və onlar arasında müəyyən dərəcədə gərginlik var:
“Bu iki ölkə arasında nəinki gərginlik var, hətta Çin-Hindistan sərhəddində dəfələrlə toqquşmalar olub, indi də gərginlik səngiməyib. Tibet istiqamətində olan hissədə tərəflər daim gərginlik yaşayırlar. Digər tərəfdən, bir çox hallarda Hindistan anti Çin formatlarda regionda iştirak edir. Bu cür təlimlərin keçirilməsi də çox maraqlıdır ki, Çinlə ABŞ, Rusiyanın ABŞ-la, Qərblə olan münasibətlərinə gərginləşməsinə təsdaüf edir. Həmçinin, Hindistanın anti Çin formatlarına təsadüf edir. Görünən odur ki, tərəflər hərbi-siyasi prosesləri proqnozlaşdırmaq üçün bu cür addımlar atırlar. Bütün hallarda təlimlər koordinasiya edilməkdədir. Bu ölkələr arasında hərbi dəniz donanmaları arasında koordinasiyaların yaradılması deməkdir. Hər halda bu təlim bundan xəbər verir ki, tərəflər müəyyən dərəcədə bir-birilə həm koordinasiya etmək niyyətindədirlər, həm də hadisələrin proqnozlaşdırılmayan istiqamətdə cərəyan etməsindən ehtiyatlanaraq bunu edirlər. Qeyd edim ki, Hindistan son vaxtlar ABŞ-la, həm də Rusiya və Çinin rəqibləri ilə daha yaxınlaşır, eyni zamanda onlarla hərbi əməkdaşlıq qurur. Bu təlimlər onu göstərir ki, Hindistanın bu təlimdə iştirakı həm Rusiya, həm də Çinə ismarıcıdır. Yəni, müəyyən dərəcədə bu yaxınlaşmanın qırmızı xətlərini Hindistan aşmayacaq”.
Aynurə Pənahqızı
Demokrat.az