Salyanda qətl törədən şəxsin məhkəməsi başlayır

KRİMİNAL 18 avq 2022, 11:03
Salyan rayonunda həmyerlisini qətlə yetirməkdə ittiham olunan 1991-ci il təvəllüdlü İnsanağa Əsgərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

Demokrat.az xəbər verir ki, iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

İş araşdırılması üçün hakim Aqil Musayevin icraatına verilib.
 
İttihama görə, bu ilin mayın 24-də, gecə saat 01 radələrində Salyan rayonu ərazisində 1970-ci il təvəllüdlü Natiq Əhmədov qətlə yetirilib. 

Araşdırmalar zamanı onu rayon sakini 1991-ci il təvəllüdlü İnsanağa Əsgərovun qətlə yetirdiyi məlum olub. 

İnsanağa Əsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hadisə Salyan şəhəri Təbriz Xəlilbəyli küçəsində Heydər Əliyev parkının qarşısında baş verib. Orada İnsanağa Əsgərov Natiq Əhmədovun qarşısına çıxıb və ondan siqarət istəyib. 

Bu zaman onların arasında mübahisə olub. Mübahisə zamanı İnsanağa Əsgərov Natiqi ürək nahiyyəsindən bıçaqla vurub. 

Məlum olub ki, Natiq həmin vaxt qohumun toyundan çıxıb və evlərinə gedərkən hadisə baş verib.

İstintaq orqanı tərəfindən İnsanağa Əsgərovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top