Dəniz sahilində kişi ilə qadın meyiti tapıldı

HADİSƏ 17 avq 2022, 13:55
Sumqayıtda dənizdən 2 meyit tapılıb.

Demokrat.az xəbər verir ki, hadisə Xəzər dənizinin Sumqayıt sahilində qeydə alınıb. Belə ki, istirahət mərkəzlərinin birinin sahilindən kişi və qadın meyitləri tapılıb.

Meyiti tapılan şəxslərin 40-45 yaşlarında olduğu və hələlik kimliklərinin məlum olmadığı bildirilir. Onların ər-arvad olduğu ehtimal edilir.

Meyitlər aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.(apa.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top