“Bu, şəhidlərimizin ruhunun təhqir edilməsindən başqa bir şey deyil” — Deputatdan SƏRT TƏNQİD

GÜNDƏM 17 avqust 2022, 12:30
“Xaricdə oturub dövlətimizin müstəqilliyinin möhkəmlənməsinin və güclənməsinin ələyhinə təbliğat aparanlar şəhid və torpaq uğrunda canından keçmək anlayışlardan uzaqdırlar. Bununla yanaşı Azərbaycanda yüzlərlə, hətta minlərlə saxta şəhid olduğunu və şəhid Arəstə Baxışovanın nümunə göstərilməsi qazilərimizi və şəhidlərimizin ruhunun təhqir edilməsindən başqa bir şey deyil”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Deputat vurğulayıb ki, belə ifadələri ancaq düşmənlərə xidmət edən ünsürlər ifadə edə bilərlər:

“Yoxsa xaricdə oturub Azərbaycanın ələyhinə iş aparanların torpaq uğrunda canını vermiş mərd oğulların ailələrin çəkdiyi dərdlərindən nə xəbərləri ola bilər?! Təbii ki, Azərbaycanda azad internetin olmasından istifadə edən belə ünsürlər işlətdikləri belə saxta ifadələrlə şəhidlərin ruhunu və sağlamlıqlarını itirmiş qaziləri təhqir etmiş olur. Belə ünsürlərə qarşı bütün cəmiyyətin mübarizə aparmalı olduğunu hesab edirəm. Harda belə saxta danışıqlar rastımıza çıxırsa, vətənini sevən hər bir şəxs onun cavabı verməlidir”.

Qeyd edək ki, “Azərifreedom” kanalının rəhbəri, ADP sədri Sərdar Cəlaloğlunun qardaşı Qurban Məmmədov şəhidləri təhqir edib. O, Azərbaycanda yüzlərlə, hətta minlərlə saxta şəhid olduğunu deyib. Nümunə olaraq isə şəhid Arəstə Baxışovanı göstərib.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 iyul 2025, 09:35
13 iyul 2025, 09:27
Top