"Bütün şəhər şortik geyinir"

ŞOU-BİZNES 17 avq 2022, 00:13
Müğənni Xatirə İslam qalmaqallı şortik məsələsi ilə bağlı paylaşım edib. 

Axşam.az xəbər verir ki, fotosessiya etdirən ifaçı həmin vaxt çəkilən videosunu instaqram hesabında yayımlayıb.

"Yenidən şortik məsələsidir. Uşaqlarımız deyir ki, istidən ölürük, amma şortik geyinə bilmirik" deyə, Xatirə bildirib.

Sənətçi "Şortik geyindiyim üçün bir xala məni marketdən qovdu" deyən şəxsə "Bütün şəhər şortik geyinir. Kim pis baxır?" cavabını verib.  

Qeyd edək ki, bir müddət əvvəl "Meyvəli" bazarında şortik geyinənlərin içəri buraxılmayacağı ilə bağlı plakatlar asılmışdı.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top