"Ukraynanın təhlükəsizliyinin təminatçısı olmağa hazır olan ölkələrin sayı artır"

GÜNDƏM 16 avq 2022, 21:18
"Ukrayna üçün təhlükəsizlik təminatlarının hazırlanması üzərində iş davam edir. Bu, asan proses deyil, lakin müvafiq sənəd tezliklə hazır ola bilər"

Demokrat.az bildirir ki, bunu Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak BMT-nin keçmiş baş katibi Pan Gi Mun və Kolumbiyanın keçmiş prezidentiı Xuan Manuel Santos Kalderonla birgə keçirdiyi brifinqdə deyib. 

"Deyə bilərəm ki, bu iş asan deyil. amma düşünürəm ki, qısa müddətdə çox güclü bir sənəd ortaya çıxacaq”, - deyə Yermak bildirib.

O, Ukraynanın təhlükəsizliyinin təminatçısı olmağa hazır olan ölkələrin sayının getdikcə artdığını bildirib.

"Ümid edirəm ki, çox yaxında konkret nəticələr haqqında danışmaq imkanımız olacaq", - Yermak əlavə edib.

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top