Xırdalanda binada partlayış: Sakinlər təxliyə olundu — VİDEO

HADİSƏ 16 avq 2022, 00:35
Abşeron rayonunda çoxmərtəbəli binada partlayış olub.

Oxu.Az xəbər verir ki, hadisə Xırdalanda yerləşən yaşayış komplekslərindən birində baş verib.

Belə ki, kompleksdəki binalardan birinin elektrik təchizatında yaranmış nasazlıq partlayışa səbəb olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb olunub.

Bina sakinləri təhlükəsiz əraziyə təxliyə olunublar.

Partlayış nəticəsində xəsarət alanların olub-olmaması barəsində məlumat verilməyib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top