13 yaşlı qızı evlənmək məqsədilə qaçırdılar

HADİSƏ 15 avq 2022, 14:08
Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları Marneuli rayonunun Təzəkənd kəndində 13 yaşlı qız evlənmək məqsədilə qaçırılıb.

Demokrat.az xəbər verir ki, bu barədə yerli ictimai fəal Samirə Bayramova sosial şəbəkə hesabında məlumat yayıb. Onun sözlərinə görə, ötən gün 13 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. Ailəsi qızlarını qaçıran oğlanı və ailəsini tanımadığını bildirib.

Məlumata görə, faktla bağlı polisə müraciət edilib. Gürcüstanın Ombudsman Aparatının məsələ ilə məşğul olduğu bildirilib.(apa.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top