Əflatun Amaşov: “Bunlar jurnalistikaya üstün peşə kimi yanaşmaq üçün əsaslar verəcək”

MEDİA 12 avq 2022, 18:40
“Media reyestri media məkanında nizam-intizam, səliqə-sahman deməkdir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.  

Onun sözlərinə görə, media reyestrinin bir çox üstünlükləri var:

“Media reyestrinin  köməyilə biz konkretlik, dəqiqlik əldə edəcəyik. Bu, imkan verəcək ki, dövlətin kütləvi informasiya vasitələrinə, jurnalistlərə ünvanlanmış sosialyönümlü tədbirlləri daha məqsədyönlü xarakter alsın, imtiyazların əhatə dairəsi genişlənsin. Bütün bunlar jurnalistikaya üstün peşə kimi yanaşmaq üçün əsaslar verəcək”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top