Partiya sədri: “İki qotur erməni deputatına yerini göstərməliyik”

GÜNDƏM 12 avq 2022, 18:10
“Qarabağda müvəqqəti yerləşən rus sülhməramlıları öz vəzifələrinin öhdəsindən gələ bilmirlər. Çünki dəfələrlə xaricilərin, eləcə də Ermənistanın rəsmi şəxslərinin Xankəndinə səfər etməsinin şahidi olmuşuq. Bu dəfə isə Ermənistan parlamentinin “Hayastan” blokundan olan bir qrup deputatın Qarabağa qanunsuz səfər etdiyinin də şahidi olduq. Təbii ki, bizim nə qədər ki, sərhədimizdə polisimiz, sərhədçimiz durmur, belə problemlər də olacaq. Ona görə də, ermənilərin “öz dilində” danışmaq lazımdır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev deyib. 

O qeyd edib ki, həmin ərazilərimizə qanunsuz keçən şəxslərə xəbərdarlıq olunmalıdır: 

“Əgər buna məhəl qoymazlarsa, o zaman onlar saxlanılmalıdır. İndi bunlar da gündəm yaratmaq üçün bu cür təxribatlarla məşğuldurlar. Bilirik ki, Laçın dəhlizinə alternativ yol açılır və ermənilərə də vaxt verilib ki, Laçından, Zabuxdan rədd olub getsinlər. Bu məsələdə uduzduqları üçün gündəm yaradaraq belə təxribatçı əməllərlə məşğuldurlar. 

Təbii ki, heç nəyə nail ola bilməyəcəklər. Bizim çıxış yolumuz isə antiterror əməliyyatlarını davam etdirməkdir. Həmçinin, bizim rəsmi dövlət səviyyəsində sülhməramlılara etirazımız olmalıdır. Rusiya Xarici İşlər Nazirliyinə, Rusiya dövlətinə xəbərdarlıq olunmalıdır ki, ora qanunsuz gələn şəxslər həbs olunsun. Biz “Qisas” əməliyyatında gücümüzü göstərdik. Hesab edirəm ki, iki qotur erməni deputatına da yerini göstərməliyik”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top