Sabah 41 dərəcə isti olacaq

SOSİAL 12 avqust 2022, 13:42
Avqustun 13-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Demokrat.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 33-38° isti, Bakıda gecə 23-25° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65%, gündüz 35-40 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 35-39°, bəzi yerlərdə 41° isti, dağlarda gecə 13-18° isti, gündüz 21-26° isti olacaq.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top