İran prezidenti Paşinyanla danışdı

SOSİAL 11 avq 2022, 00:23
İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

APA-nın İRNA-ya istinadla xəbərinə görə, telefon danışığı zamanı tərəflər qarşlılıqlı əlaqələri müzakirə ediblər.

İbrahim Rəisi bildirib ki, iki ölkə arasında dərin tarixi əlaqələr mövcuddur. Tehran və İrəvan arasında davamlı iqtisadi əməkdaşlıq səviyyəsinin artırılması zəruridir.

“Üçtərəfli atəşkəs bəyanatını imzalayan dövlətlərin onun müddəalarına sadiq qalması və qalan məsələlərin dialoq və diplomatik yolla həlli Qafqaz regionunda sülh və təhlükəsizliyin bərqərar olmasının ən yaxşı yoludur” – deyə Rəisi qeyd edib.

Nikol Paşinyan telefon danışığı zamanı Azərbaycanla sərhəddə baş verən qarşıdurmalar barədə məlumat verib.

Ermənistanın Baş naziri Tehran-İrəvan əlaqələrinin inkişafından məmnunluğunu ifadə edib və ölkəsinin iki ölkə arasında yüklərin tranzitini asanlaşdırmağa, infrastruktur, o cümlədən yol və enerji sahələrində əməkdaşlığı artırmağa hazır olduğunu vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top