Neçə nəfər peyvənd olundu?

GÜNDƏM 09 avq 2022, 21:04
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 688 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 280, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 94, üç və daha çox doza vaksin vurduranların sayı 1 129, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 185 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 830 718, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 368 796, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 858 957, üç və daha çox doza vaksin vurduranların sayı 3 346 862, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 256 103 təşkil edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top