Maşın almaq istəyənlərin nəzərinə: Qiymətlər bahalaşır — VİDEO

AVTO 08 avq 2022, 13:16
Bir vaxtlar həm avtomobil, həm də alıcı ilə qaynayan bazarda indi sakitlik hökm sürür. Satıcılar deyirlər ki, son aylar bazarda, demək olar ki, alıcı yoxdur. Kifayət qədər adam gəlir, maraqlanır, gedir. Amma maraqlananlar maşın almadan bazardan çıxırlarsa, onları alıcı adlandırmaq olmaz.

“Xəzər xəbər” xəbər verir ki, satıcılar benzinlə işləyən avtomobillərin qiymətinə nisbətən dizel yanacağı ilə işləyən avtomobillərin qiymətinin artdığını da deyirlər.

Satıcılar bildirdilər ki, Aİ-95 markalı benzin bahalaşdıqdan sonra hibrid və dizel mühərrikli avtomobillərin satışında canlanma müşahidə olunur. Böyük həcmli mühərriki olan avtomobillərin isə qiyməti çox, alıcısı isə azdır.
 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top