Rusiyanın itkiləri — Ölən hərbçilərin sayı 42 mini keçdi

DÜNYA 07 avq 2022, 13:32
“Ukraynada müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 42 200 hərbçisi məhv edilib”.

Demokrat.az
xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya ordusunun digər döyüş itkiləri 1 805 tank, 4 055 zirehli döyüş maşını, 958 artilleriya sistemi, 260 reaktiv yaylım atəşi sistemi, 132 hava hücumundan müdafiə sistemi, 223 təyyarə, 191 helikopter, 750 PUA, 182 qanadlı raket, 15 gəmi, 2 978 avtomobil texnikası və avtosistern, 86 xüsusi texnikadan ibarətdir.

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top