İsrail ehtiyatda olan 25000-ə qədər hərbçisini orduya çağırdı

DÜNYA 05 avq 2022, 22:39
İsrailin müdafiə naziri Benni Qantz cümə günü “əməliyyat məqsədləri üçün” ehtiyatdan 25 minə qədər hərbçinin çağırılması barədə əmr imzalayıb.

Demokrat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Həmçinin, bildirlib ki, Baş Qərargah rəisi Koxavi İsrail Müdafiə Qüvvələrinə fövqəladə vəziyyə rejiminə keçməyi və əsas komanda məntəqəsini açmağı əmr edib.

Qeyd edək ki, cümə günü səhər saatlarında İsrail ordusu Qəzza zolağında Fələstinin “İslami Cihad” terror qruplaşmasının hədəflərinə qarşı “Sübh” əməliyyatına başladığını elan edib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top