Türkiyəli politoloq: “Bəzi qüvvələr Azərbaycanla İran arasında münasibətlərin pozulmasında maraqlıdır”

GÜNDƏM 05 avq 2022, 16:25
“Londonda Azərbaycan səfirliyinə hücumun edilməsiylə ilə bağlı indidən hər hansı fikir bildirmək doğru olmaz. Bunun həqiqətən də İranla bağlantılı olan radikal qruplaşmanın etdiyini söyləmək bugünkü siyasi konyukturaya uyğun deyil”.
 

Bu fikirləri Demokrat.az-a açıqlamasında türkiyəli politoloq Engin Özer deyib. 

Politoloq qeyd edib ki, həmin qrup çox ayarlanmış bir qrupdur:

“Bilirik ki, İran və Azərbaycan arasında hazırda çox da yaxşı olmayan münasibətlər var. Amma, bu münasibətlər müzakirə ediləcək və əlaqələr çərçivəsində davam edə bilər. Fikrimcə, məhz bu olay həmin dediyim durumun pozulması ilə bağlı bir çaba idi”.



Politoloqun sözlərinə görə, bəzi qüvvələr Azərbaycanla İran arasında münasibətlərin pozulmasında maraqlıdır:

“Bilirsiniz ki, Hindistanla Rusiyanın yeni nəqliyyat xətti qurmaq kimi bir layihəsi var. Bu layihədə ən önəmli məqam İran  və Azərbaycan münasibətlərinin yaxşı olması ilə əlaqəlidir. Yəni, əgər İranla Azərbaycan arasında ən kiçik problem olarsa, bu layihə gerçəkləşə bilməz. Dolayısıyla, bu nəhəng layihə rəqabətə uğrayar. Qısası, baş verən hadisəni bu layihəyə qarşı çıxan güclər üzərindən şərh edə bilərik. Özəlliklə, hazırda İranla Azərbaycan arasında ən önəmli mövzu Zəngəzur dəhlizidir. İran bu məsələdən çox da məmnun deyil. İkincisi isə, bu olay İran və Azərbaycan arasında yapıla biləcək Hindistan keçidi ilə bağlı anlaşmayla da əlaqəli ola bilər. Yəni, məsələyə bu kontekstdə də baxmaq lazımdır. Amma, konkret olaraq “bu qrup edibdir” demək, fikrimcə, çox komplöterdir”.

Aynurə   Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top