Cənubi azərbaycanlı soydaşımızdan səfirliyimizə hücumla bağlı çağırış — FOTO

GÜNDƏM 05 avq 2022, 14:33
Çimərlik güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi, yunan-Roma güləşi üzrə yığmanın keçmiş üzvü Oyan Nəzəriani ölkə idmançılarına çağırış edib.

Əslən cənubi azərbaycanlı olan 28 yaşlı pəhləvan şəxsi "Instagram" səhifəsində paylaşım edərək Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə edilən hücumu pisləyib:

"Azərbaycan səfirliyinə və bayrağımıza edilən şərəfsiz təcavüzü qınayıram! Şübhəsiz ki, bu hücum cəzasız qalmayacaq. Bütün Azərbaycan idmançılarını bayraqla olan şəkillərini paylaşaraq, Vətən düşmənlərinə yerlərini göstərməyə çağırıram".
Ətraflı

O, fikirlərini Bəxtiyar Vahabzadənin "Bayraq" şeirindən bu misralarla tamamlayıb:

Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq öz yurduma öz hakimliyim.
 


Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top