Polis Londondakı səfirliyimizə girənlərə niyə müdaxilə etməyib? — VİDEO

GÜNDƏM 05 avq 2022, 14:08
Xəbər verdiyimiz kimi, 4 avqust 2022-ci il tarixində Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi “The Mahdi Servants Union” (Mehdinin xidmətçiləri ittifaqı) adlı radikal dini qruplaşmanın hücumuna məruz qalıb. 

Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında Azərbaycan bayrağı yerinə dini bayraq qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Daha sonra London polisi səfirliyə hücumla bağlı 8 nəfərin saxlanıldığını bildirib.

Hücum ötən gün “Fadak TV” kanalından 2 saatdan çox müddət ərzində canlı yayımlanıb.

Görüntülərdən də aydın olur ki, 2 saatlıq müddət ərzində London polisi insidentin qarşısını almır.

Canlı yayımın sonlarında radikal qruplaşmanın bəzi üzvləri polislərin gözü qarşısında səfirlik binasının eyvanında rahatlıqla hərəkət edir, dini bayraqları dalğalandırırlar.

Həmçinin Azərbaycan bayrağının endirilməsinə, səfirlik binasına zərər vurulmasına baxmayaq qruplaşma üzvləri polislərin qarşısında öz dini şüarlarını çox rahatlıqla səsləndirirlər.

London polisinin səfirliyə hücumuna belə etinasız müdaxiləsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Sözügedən kadrları təqdim edirik:



Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top