Federasiya Şurasının rəsmisi: “Vəziyyət gərginləşsə, Rusiya Serbiyaya kömək edəcək”

REGİON 01 avq 2022, 17:23
“Belqrad və Priştina arasında vəziyyətin gərginləşərsə, Rusiya Serbiyaya kömək edəcək”.

Demokrat.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının rəsmisi Vladimir Cabarov deyib.

“Çox təhlükəlidir, bura Avropanın mərkəzidir və hər şey çox acınacaqlı şəkildə bitə bilər. Çünki Kosovoda NATO qüvvələri yerləşdirilib”, – Cabarov qeyd edib

O əlavə edib ki, hazırkı vəziyyət silahlı münaqişə ilə nəticələnə bilər: “Münaqişəyə NATO ölkələri və Serbiyanın müttəfiqi olan digər ölkələrin də cəlb olunma təhlükəsi var”.

Federasiya Şurası rəsmisinin sözlərinə görə, Moskva Belqrada münaqişəyə girmədən kömək edəcək: “Serblər müraciət etsələr, onlara kömək edəcəyik. Bizim dostluq müqaviləmiz var”.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top