“Qarabağ probleminin həllindən sonra bu iki dövlət bərk narahat oldu” — ŞƏRH

GÜNDƏM 27 iyul 2022, 18:54
“Əlbəttə ki, “5-ci kolon” deyilərkən ağıla ilk gələn Rusiya və İrandır. Hazırda bunlar çox fəallaşıb və Azərbaycanda daxili təxribatlara cəhd edirlər. Orta məktəblərə qədər gedib çıxan "salam fərmandeh" şüarı, "kərimə dövləti" iddiaları da bu qəbildəndir”. 

 Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Turan İrfan deyib. Analitik qeyd edib ki, Rusiya əsasən İranın əli ilə hərəkət edir:

“Çünki din amili İranın təsirindədir, milli qarşıdurmaları isə ədatən Rusiya həyata keçirir. Qarabağ probleminin həllindən sonra bu iki dövlət bərk narahat oldu. Və odur ki, Azərbaycanın Türkiyə daha da yaxınlaşmasını, güclənməsini özlərinə təhdid hesab edirlər. Məqsəd yalnız Qarabağ probleminin tam həllinə imkan verməmək, bununla da Azərbaycanı həmişə təsirdən saxlama niyyətidir”. 

Analitik əlavə edib ki, Ermənistanda revanşist qüvvələri də Rusiyaya bağlı güclər ayaqda saxlayır:

“Zəngəzur dəhlizinin açılmasına qarşı olan bu məkrli niyyətlər ehtimal edirəm ki, baş tutmayacaqdır. Çünki məsələ demək olar ki, artıq həll edilib, sadəcə sona çatması qalıb. Sona çatması üçün də Azərbaycan və Türkiyənin kifayət qədər səmərəli apardığı işlər var”.

Aynurə 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top