Laçında ağır qəza — Ölənlər var

HADİSƏ 25 iyl 2022, 09:48
Laçın rayonunda kombayn aşıb, iki nəfər ölüb.

Demokrat.az xəbər verir ki, hadisə iyulun 24-ü saat 19:30 radələrində rayonun Güləbird kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd ərazisində əkilmiş taxıl sahəsində işləyən Goranboy rayon sakini, 1969-cu il təvəllüdlü Müşfiq Əliyevin idarə etdiyi “Claas-630” markalı kombaynı aşıb. Nəticədə həmin nəqliyyat vasitəsinin sürücüləri – Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Kazım Abbasov və Samux rayon sakini, 1979-cu il təvəllüdlü Yusif Abışov hadisə yerində ölüb, M.Əliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top