"Qarabağ"ın Sürix-ə səfər proqramı açıqlandı

İDMAN 24 iyl 2022, 14:54
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Sürix”lə üz-üzə gələcək “Qarabağ”ın İsveçrəyə səfər proqramı açıqlanıb.

Demokrat.az-ın məlumatına görə, “köhlən atlar” iyulun 27-də İsveçrəyə yollanacaq.

Komandanı Sürix şəhərinə aparacaq təyyarə saat 17:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.

İyulun 26-da Bakı vaxtı ilə saat 20:40-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı, saat 21:00-da komandanın açıq məşqi olacaq.

Qeyd edək ki, iyulun 27-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. İlk matçda Azərbaycan təmsilçisi 3:2 hesabı ilə qalib gəlib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top