Ərdoğan: "İstanbuldakı iclasda BMT-nin planı çərçivəsində taxılla bağlı əsas xətləri üzrə razılıq əldə olunub"

DÜNYA 20 iyl 2022, 16:50
“Hazırda bizim rolumuz ev sahibiyik. Ev sahibi kimi vasitəçiliyimiz var. Biz uzun müddətdir ki, Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracı üzərində işləyirik. Mən bu məsələni bir neçə dəfə cənab Putin və cənab Zelenski ilə müzakirə etmişəm. Xarici İşlər Nazirliyi və Milli Müdafiə Nazirliyi həmsöhbətləri ilə görüşlər keçiriblər. Nəticədə ötən həftə İstanbulda keçirilən texniki iclasda BMT-nin planı çərçivəsində prosesin əsas xətləri ilə bağlı razılıq əldə olunub”.

Demokrat.az
xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrandan səfərdən qayıdandan sonra jurnalistlərə açıqlamasında bildirib.

“İndi bu həftə biz bu memorandumu yazılı mətndə görmək istəyirik. Ümid edirik ki, yaxın günlərdə plan həyata keçirilməyə başlayacaq. Proses İstanbulda yaradılacaq koordinasiya mərkəzindən gerçəkləşdiriləcək. Burada ölkəmizdən əlavə, Rusiya, Ukrayna və BMT rəsmiləri iştirak edəcək. Bütün əlaqədar tərəflərin etimadını qazanan ölkəmiz qurumlararası yanaşma ilə prosesin sağlam şəkildə icrası üçün lazımi koordinasiyanı həyata keçirəcək. Qlobal ərzaq təhlükəsizliyi baxımından kritik əhəmiyyət kəsb edən bu həssas prosesə son qoymaq üçün gərgin səylərimizi davam etdiririk”, - dövlət başçısı qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top