Türkiyə ordusu Suriyada 4 terrorçunu zərərsizləşdirdi

DÜNYA 13 iyl 2022, 19:35
Türkiyə təhlükəsizlik qüvvələri Suriyanın şimalında PKK/YPG-nin 4 üzvünü zərərsizləşdirib.



Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.



Məlumata görə, terrorçular Türkiyə Silahlı Qüvvələrinin "Fərat Qalxanı"nın antiterror əməliyyatı zonasında silahlı döyüş əməliyyatı hazırlayırmış.



Nazirlik əlavə edib ki, Türkiyə ordusu Suriyanın şimalında fəaliyyət göstərən terrorçulara qarşı qabaqlayıcı əməliyyatları davam etdirir.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top