Maşında unudulan 3 yaşlı uşaq istidən boğularaq öldü — FOTO

DÜNYA 13 iyl 2022, 21:00
ABŞ-da dəhşətli olay baş verib.

Demokrat.az xəbər verir ki, ABŞ-ın Mayami ştatında atası tərəfindən maşında unudulan 3 yaşlı uşaq ölüb.

42 yaşlı Mendel Tauber səhər işə gedərkən oğlu Şalomu da maşınına mindirib.

Lakin daha sonra oğlunu maşında unudaraq gedib.

Havanın hərarəti 38 dərəcə olduğundan uşaq nəfəs ala bilməyərək ölüb.

Hadisədən sonra uşaq xəstəxanaya yerləşdirilsə də, onun öldüyü məlum olub.

Polis uşağın meyitinin üzərində heç bir zorakılıq əlaməti olmadığını və onun havasızlıqdan öldüyünü bildirib.



Malik
Demokrat.az

 
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top