Sumqayıtda kişi arvadını döydü, qayınanasını isə... — Şok olayın təfərrüatı

KRİMİNAL 13 iyl 2022, 10:27
Sumqayıt şəhərində 1980-ci il təvəllüdlü Yasin şəxsi münasibətlər zəminində arvadı Aynurəni döyərək ona xəsarət yetirib.
 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, istintaq orqanı tərəfindən Yasinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Yasin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, əvvəllər fərdi qaydada mühafizəçi işləyib: “Təxminən 1 ildir ki, səhhətim ilə bağlı işləmirəm. Həyat yoldaşım Aynurə də təxminən 3-4 aydır ki, "Sveet" restoranında qabyuyan işləməklə ailəni dolandırır. Ər-arvad kimi münasibətlərimiz yaxşı olub. Arabir ailə daxili kiçik söz-söhbətlərimiz olsa da, özümüz bunu həll etmişik”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə baş verən günü, səhər saatlarında qaynanası Gülbahar uşaqları rayona gəzməyə aparmaq üçün onlara gəlib: “Saat 11 radələrində Aynurə işə hazırlaşdı. Bu vaxt Aynurənin mobil telefonu məndə olub. Həmin telefona öz nömrəmi taxıb, müvəqqəti istifadə edirdim. Aynurə telefonunu qaytarmağımı istədi. Telefonu ona vermədim. Aramızda mübahisə baş verdi. Qaynanam da ə mübahisəyə qoşularaq Aynurənin tərəfini tutdu. Mən də bu hala əsəbləşdim. Aynurənin sifətinə və başına şillə, yumruqla bir neçə zərbə vurdum. Həmin vaxtı qayınanam qışqıraraq üstümə gəldi. Əlim ilə onun sinəsindən kənara itələdim. Bu zamaqn Gülbahar yerə yıxıldı. Gükbaharın halı pisləşdiyinə görə Aynurə 103 xidmətinə zəng edərək təcili yardın çağırdı. Gülbaharı xəstəxanaya yola saldıq”. 

Yasin deyib ki, etdiyi əməldən və ailə daxilində belə xoşagəlməz halların baş verməsinə görə peşmandır. 

Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Yasinin barəsində olan cinayət təqibinə xitam verilib. 

Qeyd edək ki, Yasin bundan əvvəl də mühakimə olunub. Buna səbəb qayınanasına xəsarət yetirməsi olub. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top