Rus qadının serial həvəsi başına bəla oldu, 2 milyon itirdi

MARAQLI 12 iyl 2022, 15:13
Rusiyada özünü Türkiyənin tanınmış aktyoru Kərəm Bursin kimi tanıdan şəxs ona güvənən qadının 2 milyon rubl pulunu alıb.

Moskva sakini özünü ona türk serialının aktyoru Kərəm Bursin kimi təqdim edən fırıldaqçıya güvəndiyi üçün 2 milyon rubl itirib.

Belə ki, kitabxanaçı işləyən qadın türk seriallarının pərəstişkarı imiş. O, aktyorun sosial şəbəkə hesablarını izləməyə başlayıb. Bursinə aid olduğu iddia edilən başqa hesabdan mesaj alan qadın aktyorun özü ilə danışdığına inanıb. 

Saxta Bursin rus qadına xoş sözlər deyib və daha sonra İstanbuldan Moskvaya əşyalar olan bir konteynerin daşınması üçün pul istəyib. Təzminat olaraq, fırıldaqçı qadına bağlamadan istənilən əşyanı götürməyi təklif edib. Kitabxanaçı bir neçə dəfə onun dediyi hesaba pul yatırıb. Məbləğ 2 milyon rubla çatdıqda "aktyor" yoxa çıxıb. Bundan sonra qadın aldadıldığını anlayıb və polisə ərizə yazaraq müraciət edib.

Məlik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top