Nazir: “Biz xoşbəxt insanlarıq”

GÜNDƏM 07 iyl 2022, 10:53
2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edildi. Biz xoşbəxt insanlarıq ki, bu şanlı tarixin şahidləri olduq.

Demokrat.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində “Post-münaqişə mərhələsində Azərbaycanın sülh və quruculuq səyləri” mövzusunda könüllü gənclərin iştirakı ilə Diplomatiya Həftəsinin açılış mərasimində deyib.

Nazir bildirib ki, post-münaqişə dövrü həm ölkəmiz, həm də bütün region üçün yeni imkanlar açır.

“Azərbaycan münaqişədən sonra sülh gündəliyini gündəmə gətirib, Ermənistana sülh müqaviləsi üzərində işləmək təklif edib. Azərbaycan bu istiqamətdə əməli addımlar atıb. Azərbaycan eyni zamanda sərhədlərin müəyyən edilməsi, nəqliyyat-kommunikasiya xətlərinin açılmasını təklif etməklə regionun inkişafı üçün geniş imkanlar yaradıb", - deyə XİN başçısı vurğulayıb.

Kərim
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 avq 2022, 18:52
11 avq 2022, 18:39
Top