"Neftçi"nin baş məşqçisi: "Məqsəd "Aris"lə oyuna tam hazır olmaqdır"

İDMAN 06 iyl 2022, 23:06
"Hazırlıq dönəmimizin ilk yoxlama matçı idi. Futbolçular üçün asan deyildi. Burada çoxlu məşq edirik".

Demokrat.az-ın məlumatına görə, bunu "Neftçi"nin yeni baş məşqçisi Laurentsiu Regekampf Türkiyənin Bolu bölgəsində "Sakaryaspor"la 161 hesablı heç-heçə etdikləri yoxlama oyunundan sonra klubun rəsmi televiziyasına açıqlamasında deyib.

Rumıniyalı mütəxəssis bildirib ki, bu görüşdə nəticə önəmli deyildi: "Əsas olan futbolçuların meydanda özlərini necə göstərməsi və nə cür oynayacağımızı görmək idi. Növbəti 2 sınaq matçımız da belə olacaq. Məqsəd iyulun 21-də Kiprin "Aris" komandasına qarşı keçirəcəyimiz UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyununa tam hazır olmaqdır. Yoxlama görüşləri də bu işdə bizə kömək edir".

47 yaşlı baş məşqçinin sözlərinə görə, oyunlarla bağlı meydanda baş verən hər şey onun seçimidir: "Əlimizdəki oyunçuların hamısını iş başında görmək istəyirik. Futbolçuların nəyə qadir olduqlarını göstərmələri üçün onlara şans verməliyəm. Əsas hədəfimiz komandanın formalaşdırmaqdır. Növbəti oyunlarda ilk dəqiqələrdə meydana çıxan futbolçular daha uzun müddət oynayacaqlar. Çünki onları ilk rəsmi matça hazırlamalıyıq".

Regekampf bugünkü matçda zədə problemi ilə üzləşmədikləri üçün sevindiyini söyləyib: "Oyunda müsbət və mənfi məqamlara rast gəldim. Bu, normaldır. Oyunu futbolçularla birlikdə yenidən analiz edəcəyik".

Qeyd edək ki, "Neftçi" Bolu toplanışında daha 2 yoxlama matçı keçirməyi planlaşıdırır.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 avq 2022, 21:43
Top