QMİ: "Qurban bayramı 3 gün davam edə bilər"

GÜNDƏM 06 iyl 2022, 11:36
Azərbaycanda Qurbаn bаyrаmı namazının qılınacağı vaxt açıqlanıb.

Demokrat.az-ın xəbərinə görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccə ayının 10-na – Miladi təqvimlə 9 iyul tarixinə təsadüf edəcək.

Həmçinin bildirilib ki, şəriətə uyğun olaraq Qurban kəsimi 9 iyul tarixindən başlayaraq 3 gün davam edə bilər: "İyul ayının 9-da məscidlərimizdə birgə Bayram namazları qılınacaqdır, inşaallah".

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top