Gürcüstan buğda və arpa ixracına birillik qadağa qoydu

REGİON 04 iyl 2022, 10:01
Bu gündən Gürcüstandan yerli istehsal olan buğda və arpanın ixracına qadağa qoyulub.

“Report”un yerli bürosu xəbər verir ki, hökumətin qərarı ilə qadağa 2023-cü ilin iyulun 1-dək qüvvədə olacaq.

Qərar Ukraynadakı müharibəyə görə ərzaq təhlükəsizliyi ilə bağlı yaranmış vəziyyətlə əlaqədar olaraq qəbul edilib.

Qeyd edək ki, Gürcüstan hər il təxminən 130 min ton buğda istehsal edir ki, bu da ölkə üzrə ümumi istehlakın yalnız beşdə bir hissəsidir. Arpaya gəlincə, builki mövsümdə qonşu ölkədə 60 min ton məhsulun yığılacağı gözlənilir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top