Salyanda stolüstü tennis üzrə kütləvi tədbir keçirildi — FOTOLAR

İDMAN 03 iyl 2022, 16:55
03 iyul 2022-ci il tarixində Salyan rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “İdman hamı üçün” layihəsi çərçivəsində “Stolüstü tennis hamı üçün” kütləvi idman tədbiri keçirilib.

Demokrat.az
xəbər verir ki, Salyan Uşaq Əyləncə Parkında təşkil edilən tədbirdə bütün yaş kateqoriyaları iştirak ediblər.

Bu tədbirə sakinlər arasından daha çox uşaq və gənclər maraq göstərib.

Kütləvi idman tədbirinin təşkilində əsas məqsəd əhali, xüsusən də uşaq və gənclər arasında stolüstü tennis idman növünə marağın artırılması, eləcə də sağlam həyat tərzinin təbliğidir.






 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top