Abituriyentlər riyaziyyat fənni üzrə niyə zəif nəticə göstərir?

SOSİAL 02 iyl 2022, 15:13
Abituriyentlərin riyaziyyat fənni üzrə hazırlıq səviyyələrinin qənaətbəxş olmamasının səbəbləri açıqlanıb.

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, həmin fənn üzrə aşağı nəticə göstərilməsi necə var idisə, yenə də eyni vəziyyət qalıb.

Onun sözlərinə görə, yəni riyaziyyat fənni üzrə vəziyyət pisləşməyib: “Sadəcə, Azərbaycan dili və ingilis dilində müşahidə etdiyimiz müsbət tendensiyanı bu fəndə görmürük. Müəllimlərin özlərinin yeni proqramla əlaqədar qiymətləndirmə alətləri ilə işləməyi, məktəbdə tətbiqi, dərsliklərdə ola bilsin hansısa problemlər və s. hamısı ümumi səbəblər sırasındadır. Hər bir sahə ilə bağlı əlavə araşdırmalar aparmaq lazımdır. Məsələn, 10-15 il bundan əvvəl görürdük ki, sadə mövzu imtahana düşəndə abituriyentlər pis cavab verirdi. Araşdırmalarımız onu göstərdi ki, həmin mövzunu üçüncü rübün sonunda və ya 4-cü rübə keçəndə müəllimlər ənənəvi olaraq şagirdlərə məktəbdaxili qiymətləndirilməsi prosesində ev tapşırığı kimi həvalə edirdilər. Çünki üçüncü rübün axırıdır və müəllimlər qiymətləndirmə ilə məşğuldurlar. Təbii k, şagirdlər də evdə həmin mövzuya ötəri baxırlar. Sonra da şagird həmin mövzu imtahana düşəndə zəif nəticə göstərirdi. Halbuki həmin mövzu rübün sonunda izah olunmalı idi, ancaq çox zaman olunmurdu. Belə məsələlər olurdu və zamanla aradan qaldırılır. Məsələlərə səthi yanaşmalar kifayət qədərdir”.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top