Əmək fəaliyyəti sahəsində rast gəlinən ən ciddi problemlərdən biri işçilərə 1 həftə və ya 10 gün məzuniyyət verməsidir. Lakin bu müddət 21 təqvim günündən az olmamalıdır.
Vəkil Rəşad Əliyev Demokrat.az-a açıqlamasında bildirdi ki, əmək stajından asılı olaraq isə işçilərə əlavə məzuniyyət verilir:
“Belə ki, 5 ildən 10 ilədək stajı olduqda 2 təqvim günü,10 ildən 15 ilədək əmək stajı olduqda 4 təqvim günü 15 ildən çox əmək stajı oldquda 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir. Yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə 6 gündən az olmayan əlavə məzuniyyətlər verilir”.

Bundan başqa uşağı olan qadınlara da əlavə məzuniyyət günü verilir:
“14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir. Uşaqlarını təkbaşına böyüdən ataların da 5 gün müddətinə əlavə məzuniyyət hüququ vardır. Pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərin əmək məzuniyyətlərinin müddəti isə 56 təqvim günü müəyyən edilib”.
Məzuniyyətə hər bir çalışanın hüququdur. Bu səbəbdən inzibati xətalar məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq məzuniyyət verilməyən və ya daha az istirahət günü verən müəssisə 1500-2000 manat məbləğində cərimələnirlər.
Gülçin Qorxmaz
Demokrat.az