Ağdaşda fəhləni “tok” vuraraq öldürdü

HADİSƏ 29 iyn 2022, 10:40
Ağdaşda fəhləni elektrik cərəyanı vuraraq öldürüb

Ağdaş rayon prokurorluğundan verilən məlumata görə, iyunun 28-i saat 14 radələrində Ağdaş rayonu, Qolqəti kəndi ərazisində 1993-cü il təvəllüdlü Elnur Osmanovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla müəyyən edilib ki, Elnur Osmanov fəhlə kimi işlədiyi qeyd edilən kənd ərazisində ağacların suvarılması üçün nəzərdə tutulan göldə təmizlik işləri apararkən işlək vəziyyətdə olan elektrik nasosunun təsirindən yaranmış elektrik cərəyanının onu vurması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

Kərim
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top