"Ukrayna Aİ ilə yeddinci sanksiyalar paketi üzərində işləyir" — Kuleba

GÜNDƏM 28 iyn 2022, 21:53
Ukrayna artıq Avropa İttifaqı ilə Rusiyaya qarşı yeddinci sanksiyalar paketi üzərində işləyir və bu prosesdə heç kimə fasilə vermir.

Demokrat.az bildirir ki, bu barədə jurnalistlərə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.

"Dünən G7 öz bəyannaməsini verdi və  bu görüşdə faktiki olaraq səkkiz nəfər iştirak etdi - yeddi lider, səkkizincisi isə Aİ-ni təmsil edən Avropa Şurasının prezidenti Şarl Mişel idi. Onlar aydınlaşdırdılar ki, növbəti sanksiyalar tezliklə baş verəcək və Kanada artıq sanksiyalarını açıqlayıb”, - Kuleba bildirib.

O, həmçinin qeyd edib ki, Kanada və ABŞ-ın qərarlarını Avropa İttifaqı üçün böyük təkan hesab edir.

"Biz artıq onlarla yeddinci paket üzərində işləyirik. Biz bilirik ki, sanksiyalardan müəyyən yorğunluq ifadə edən ölkələr fasilə verirlər. Biz bununla qəti şəkildə razı deyilik və heç kimə fasilə vermirik", - nazir bildirib.

Onun sözlərinə görə, Kiyev yeddinci paketin mümkün qədər tez baş tutması üçün hər gün çalışır.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top