Sumqayıtda gənc oğlan atasının içki dostunu döydü — TƏFƏRRÜAT

KRİMİNAL 28 iyn 2022, 11:40
Sumqayıt şəhərində 1992-ci il təvəllüdlü Vüqar atasının dostu Akifə xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bui ilin fevralın 18-də, saat 21.00-da baş verib. 

İstintaq orqanı tərəfindən Vüqarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilib. İş hakim Azər İsmayılovun sədrliyi ilə araşdırılıb. 

Məhkəmədə ifadə verən Vüqar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, fevralın 18-də, saat 19.00-da atası İlqar ona zəng edib: “Atam dostu Akif ilə Simurq şadlıq sarayının yaxınlığında yerləşən kafedə oturaraq yeyib-içdiklərini, buna görə də onları aparmaq lazım olduğunu bildirdi. “Mercedes C120” markalı avtomobilim ilə sözügedən kafeyə getdim. Oraya çatan zaman Akif  sərxoş vəziyyətdə olduğunu və qaytardığını gördüm. Bundan sonra isə atamın köməkliyi ilə Akifi maşınıma əyləşdirdik. Sonra isə atam da avtomobilə əyləşdi və avtomobili idarə etməyə başladım”. 

Təqsirləndiriıən şəxs qeyd edib ki, avtomobili ilə Sumqayıt şəhəri, Xəzər bağlar massivi, Su İdarəsinin qarşısından keçən zaman Akif atasına qarşı söyüş işlədib: “Onun atamla söyüş söyməsinə irad tutdum. Bundan sonra isə avtomobildən aşağı endim. Akif də avtomobildən aşağı endi. Avtomobildən enən kimi aramızdakı münaqişə dərinləşdi. Akifi əlim ilə baş nahiyəsindən vuraraq itələdim. Bundan sonra isə hadisə yerinə Akifin qaynı olan Zahid adlı şəxs gəldi. Bizi araladı. Bundan atamla birgə getdim”. 

Məhkəmənin hökmü ilə Vüqarın barəsində irttihamedici hökm çıxarılmayıb. Buna səbəb onun zərərçəkmişlə barışması, zərərçəkmişin ondan şikayətçi olmaması olub. 

Məhkəmə Vüqarın barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top