"Rasim Balayevdən bir alət kimi sui-istifadə edirlər"

MƏDƏNİYYƏT 25 iyn 2022, 00:08
Xalq artisti Şeyx Əbdül Mahmudov Xalq artisti Rasim Balayevin Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilməsini tənqid edib. 

Axşam.az xəbər verir ki, rejissor bu haqda "Sabaha saxlamayaq" proqramında danışıb. O bildirib ki, Rasim Balayevin səhhəti buna imkan vermir:

"Rasim Balayevlə 50 ildir tanışıq, ona diqqətim, qayğım, məhəbbətim olub. Son vaxtlar deyir, Şeyx bir kino çəkib, onu da pul alıb. Sovet dövründə sponsor yox idi, pulu dövlət verirdi. Balayev kimi Azərbaycan cəmiyyətinin dünyaya tanıtdığı şəxsiyyəti onlar bir alət kimi sui-istifadə edirlər. Balayev səhhəti və yaşı baxımından Əli İsa (Əli İsa Cabbarov - Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor) deyən kimi fəaliyyət iqtidarında deyil. Enerjisi yerində deyil ki, hansısa fəaliyyətlər görsün. 

Çörəyi çörəkçiyə vermək lazımdır. Hər kəs öz işi ilə məşğul olmalıdır. Hansısa maraqlı, çevik, müasir hadisələrdən yaxşı istifadə edən adamlar olsun. Mən mənəviyyat, əxlaq adamıyam. Müasir, cəmiyyət adamı deyiləm. İllərlə formalaşdırdığımız, cəmiyyətə təqdim etdiyimiz adamları hansısa ittifaq adı ilə bir-birinə düşmən etməyin. Sovet dövründə ittifaqın fəaliyyəti, səlahiyyəti var idi, yazırdılar maaş alırdılar, istirahətə gedirdilər. İndiki ittifaqda heç nə yoxdur: heç kimə nə maaş verilir, nə istirahət var".
Studiyadakılar 300 min pul ayrıldığını söyləyib.

Şeyx Əbdül isə onlara "300 mini ayda 4-5 dəfə istirahət verilir, maaş bölünür. Havayi oturmusunuz orada?" cavabını verib. 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 avq 2022, 21:43
Top