Ukraynalı qadına təcavüz edən rus əsgər axtarışa verildi — FOTOLAR

DÜNYA 24 iyn 2022, 19:23
Rusiyanın Ukraynaya təcavüzü mülki ukraynalı vətəndaşların həyatını cəhənnəmə döndərib.

Demokrat.az xəbər verir ki, müharibənin ilk günlərində rus əsgərlərdən biri ukraynalı kişini öldürdükdən sonra onun arvadına dəfələrlə təcavüz edib.

Bununla əlaqədar Mixail Romanov adlı həmin əsgər Ukraynada məhkəməyə verilib. Qadının adı isə etik cəhətdən açıqlanmır.

Lakin məsələ bundadır ki, həmin rus əsgər yoxa çıxıb və tapılmır.

Buna görə də məhkəmə onmun axtarışı haqqında qərar çıxarıb.

Bəzi məlumatlarda rus əsgərin Rusiyada gizləndiyi qeyd edilib.

Qeyd edək ki, BMT rəsmilərindən biri Ukraynada qadınlara təcazvüz hallarının aysberqin sadəcə görünən tərəfi olduğunu bildirib.



Malik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top