Lavrov: "Ermənistan tərəfi sülh müqaviləsi ilə bağlı danışıqlar aparmağa hazırdır"

GÜNDƏM 23 iyn 2022, 21:12
"Siz münasibətlərin normallaşdırılmasını, sülh müqaviləsini, gələcək müqavilənin sizin tərəfinizdən təqdim olunmuş müddəalarını xatırlatdınız. Yeri gəlmişkən, biz eşitmişik, Ermənistan tərəfi, baş nazir Paşinyan bu mövzuda danışıqlar aparmağa hazırdır".

Demokrat.az xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə deyib.
Rusiyalı nazir bildirib:

"Biz burada da Azərbaycanın və Ermənistanın razılığı ilə kömək göstərməyə hazırıq. Əlbəttə, Azərbaycanın və Rusiyanın iştirak etdiyi digər beynəlxalq forumlar – həm BMT, həm ATƏT, həm də “Xəzər beşliyi” – bütün bu məkanlar, necə deyərlər, artıq xarici konturda bizim qarşılıqlı fəaliyyətimizi inkişaf etdirməyə imkan verir. Düz bir həftədən sonra Aşqabadda “Xəzər beşliyi”nin növbəti sammiti keçiriləcək. Biz də buna fəal hazırlaşırıq. Həmkarım və dostum Ceyhun Əziz oğlu ilə liderlərin bəyənməsi üçün təklif edə biləcəyimiz yekunları müzakirə etmişik".

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 iyn 2022, 20:18
Top