“Kurtlar Vadisi”nin aktyorundan şok etiraf: “Hamımız ayrılmağa qərar verdik, amma...”

ŞOU-BİZNES 23 iyn 2022, 19:48
Türkiyənin ən məşhur seriallarından olan "Kurtlar Vadisi"nin aktyoru Attila Olqaç şok açıqlama verib.

Demokrat.az xəbər verir ki, serialda "Kılıç" obrazına həyat verən aktyor baş rolda oynayan Necati Şaşmazla bağlı təriqət xəbərlərini eşidəndən sonra bütün aktyor heyətinin ayrılmaq istədiyini bildirib. 

"Amma serialı çəkənlər bizə aldığımız pulun iki qatını təklif etdilər. Biz də razılaşdıq", deyə Attila Olqaç deyib.

O, qeyd edib ki, serialda "Karahanlı" obrazını canlandıran Zəfər Ergin üç qat artıq pul istəyib və nəticədə 10 seriya sonra serialda "öldürülüb".



Malik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top