Deputat: “Prezidentin Özbəkistana səfəri tarixi bir səfərdir”

GÜNDƏM 23 iyun 2022, 12:47
“Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin Özbəkistana səfəri, yüksək səviyyədə keçirilən geniş tərkibli görüşləri, imzalanmış sənədlər, strateji tərəfdaşlığın yeni yüksəliş mərhələsi kimi qiymətlidir”.
 
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib. Deputat vurğulayıb ki, iki ölkə arasında diplomatik münasibətlər 27 illik tarixə malik olsa da, ancaq qardaşlıq münasibətlərimizin kökü uzaq əsrlərə gedib çıxır:

“Və bu bizi tarixi köklərlə bərabər, milli-mənəvi, dini dəyərlər birləşdirir. Bu gün Özbəkistanda 70 minə yaxın azərbaycanlı yaşayır. Onlar ölkənin ictimai-siyasi, sosial, iqtisadi həyatında yaxından iştirak edirlər. Azərbaycan prezidentinin dost ölkəyə bu dəfəki səfərində iki ölkə arasında 135 sənəd imzalanmışdır ki, bu da münasibətlərin bir göstəricisidir.



Bu səfər zamanı isə mühüm sahələri əhatə edən 20 sənəd imzalandı və bu əlaqələrimizin möhkənləndirilməsi baxımından çox önəmlidir. Cənab Prezident Daşkənddə, Xivədə, Ürgəcdə, Xarəzm vilayətində görüşləri zamanı çıxışlarında Azərbaycan-Özbəkistan münasibətlərinə, dostluğuna, qardaşlığına böyük önəm vermiş, münasibətlərin daha da yaxşılaşdırılmasını, ölkələrin gələcəyi üçün faydalı olduğunu bildirmişdir. Dövlət başçımız demişdir: 

“Dünən və bu gün bir daha gördüm ki, xalqlarımız bir-birinə nə qədər yaxındır. Mədəniyyətimiz, incəsənətimiz, ümumiyyətlə xalqlarımızın kökləri birdir. Prezidentimizin Özbəkistana səfərini tarixi bir səfər adlandırmaq olar”. Bunu Özbəkistan prezidenti Şavkat Mirziyoyev də yüksək qiymətləndirib demişdir: “Biz ilk gündən qardaşım İlham Heydər oğlu ilə xeyli məsələləri reallaşdırmaq birliyimiz, həmrəyliyimiz, ən əsası dinc yaşayışımız, firavanlığımızla bağlı çox fikir mübadiləsi apardıq və qərarlar qəbul etdik. Gələcək əməkdaşlığımızla bağlı böyük planları müzakirə etdik. Əlbəttə ki, dövlətlər arası münasibətlərin yaxşılaşdırılması xalqların və millətlərin gələcəyi üçün çox faydalıdır. Bu sahədə cənab İlham Əliyevin düşünülmüş siyasəti öz bəhrələrini verməlidir. Özbəkistan səfəri də buna bir nümunədir və bu gələcək inkişaf baxımından əhəmiyyətlidir, bilavasitə xalqların firavan həyatına təhlükəsizliyinə xidmət edir”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top